Təyyarə mühərrikli sovet avtobusu – 200 km/saat sürət - FOTO

Sovet avtomobillərinin çox da çevik olmadığı Polişinelin sirridir. Lakin sovet mühəndisləri az da olsa sürətli avtomobillər hazırlaya biliblər.
Avtosfer.az xəbər verir ki, 1952-ci ildə sovet mühəndisləri reaktiv mühərrikli avtobus yaratmaq sevdasına düşürlər. NAMİ Elmi-tədqiqat institutu ZİL-127 avtobusu üzərində sınağa başlayır.
Avtobusun 180 at gücündəki Dizel mühərriki sürət qutusu ilə birgə çıxarılıb atılır, yerinə aviasiya mühərriki əsasında hazırlanan reaktiv qaz turbin mühərriki quraşdırılır.
Avtobusun öz mühərrikindən daha yüngül olan mühərrikin turbini 17 min dövr/dəqiqə tezliklə fırlana bilirdi. Buna görə də rotorun çıxışına azaldıcı reduktor qoyulur. İkipilləli avtomat ötürmə ilə avtobus 160 km/saat sürət yığa bilirdi. Halbuki 200 km/saat sürətlə də getmək olardı.
Maşın müxtəlif rejimlərdə 15 min kilometrdən çox yol qət edir və mühərrikin etibarlı olması sübut edilir. Lakin 2 məsələ bu mühərriklərin kütləvi istehsala buraxılmasına mane olur. Birinci, yanacaq sərfi çox idi. İkinci, belə yüksək sürət o dövrün avtobusları üçün çox təhlükəli idi.
Vüqar
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO












