“TikTok” instaqramın analoqunu hazırlayır

Texnologiya 12 Mart 2024 23:19 Oxunub 316
“TikTok” instaqramın analoqunu hazırlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“TikTok” tərtibatçıları fotoların paylaşılması üçün “TikTok Photos” adlı sosial şəbəkə təqdim etməyə hazırlaşırlar.

“Report” xəbər verir ki, bu barədə “TheSpAndroid” portalı məlumat yayıb.

Android və iOS sistemlərində işləyən qurğular üçün əlçatan olacaq yeni sosial şəbəkənin instaqramın rəqibinə çevriləcəyi bildirilir. “TikTok Photos”un veb versiyasının olub-olmayacağı, eləcə də buraxılış tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, keçmiş ABŞ prezidenti Donald Tramp “TikTok”u ölkəsinin milli təhlükəsizliyinə təhdid adlandırmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh