Toshiba 2023-cü ilə qədər üç şirkətə bölünə bilər

Yaponiyanın Toshiba korporasiyasının rəhbərliyi 2023-cü ilə qədər onu üç ayrı şirkətə bölməyi planlaşdırır.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, yeni şirkətlər müvafiq olaraq infrastrukturun inkişafı, texnologiya cihazları və yarımkeçirici yaddaş komponentləri ilə məşğul olacaqlar. Bu plan Toshiba rəhbərliyinin müxtəlif gəlir mənbələri və inkişaf strategiyaları olan şirkətlər yaratmaqla səhm dəyərini artırmaq istəyi ilə əlaqələndirilir.
Son illərdə korporasiya, xüsusən də 2015-ci ildə maliyyə hesabatlarının saxtalaşdırılması ilə bağlı baş vermiş böyük qalmaqalla bağlı böhran yaşayır. Şirkət 2017-ci ildə Amerika bölməsinin iflası səbəbindən ciddi itkilərlə üzləşdi. Korporasiyanı həmçinin onun rəhbərliyi ilə bir sıra iri səhmdarlar arasında yaranan münaqişə sarsıtdı.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












