Türkiyə Aya missiya üçün unikal hibrid raket yaradacaq

Türkiyə 2023-cü ildə Aya pilotsuz kosmik aparatı çatdırmağa imkan verəcək hibrid raket üzərində çalışır. Bu barədə ölkənin sənaye və texnologiyalar naziri Mustafa Varank “Anadolu” agentliyinə müsahibədə bildirib.
Avtosfer.az “ICTnews” istinadən xəbər verir ki, nazir deyib: “İlk buraxılışı biz beynəlxalq şirkətlərlə əməkdaşlıqda həyata keçirəcəyik. Lakin bizim kosmik aparat Aya yerətrafı orbitə unikal milli raketin buraxılışı vasitəsilə çatdırılacaq”.
M.Varankın sözlərinə görə, Türkiyənin kosmik proqramı ölkənin “kosmik sahədə yüksək liqa”ya çıxarılmasına yönəlib.
Fevralın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Milli Kosmik Proqramın təqdimatı zamanı ölkə tərəfindən 2023-cü ilin sonunadək kosmik aparatın Aya ekspedisiyaya göndəriləcəyini bəyan edib.
Proqrama, həmçinin meteoroloji peyklərin inkişafı və kosmik sahə üçün kadrların hazırlanması daxildir. Prezident vurğulayıb ki, Ankara peyklərdən əldə edilən məlumatların təhlükəsizliyini təmin edəcək.
Yanvarın sonunda verilən məlumata görə, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask və Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Yanvarın 8-də “SpaceX” şirkəti Türkiyənin “Turksat 5A” telekommunikasiya peykini daşıyan “Falcon 9” raketdaşıyıcısının buraxılışını həyata keçirib. Rəqəmli televiziya və genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan peyk 2021-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq. O, Türkiyənin orbitdəki dördüncü aparatı olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











