Türkiyə “Dəmir günbəz” HHM sistemi yaradacaq

Türkiyədə süni intellektdən istifadə edilməklə çoxsəviyyəli “Dəmir günbəz” hava hücumundan müdafiə (HHM) sistemi yaradılacaq.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasının yekunları üzrə “TRT Haber” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, “Dəmir günbəz” layihəsi HHM sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.
Telekanalın məlumatına görə, eyni zamanda Silahlı Qüvvələr üçün KAAN milli qırıcısı, “Bayraktar TB3”, “Akıncı” və “Aksungur” PUA-larının, kamikadze-dronların və mini dronların, radioelektron mübarizə sistemlərinin, müxtəlif dərəcəli PUA-lardan mühafizə sistemlərinin alınması layihələri də nəzərdən keçirilib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












