Türkiyə kosmik gəmi istehsal edəcək

Ay missiyası Türkiyənin Milli Kosmos Proqramının mühüm vəzifələrindən biridir.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım Bursadakı Gökmen Aerokosmik Tədris Mərkəzində (GUHEM) Stardust foto sərgisini ziyarət edərkən Anadolu Agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ay missiyasının həyata keçirilməsi Türkiyəni tamamilə fərqli texnoloji səviyyəyə çıxaracaq.
"Aya çatmaq ilk baxışdan göründüyü qədər asan məsələ deyil. Biz bunun üzərində işləyirik. Agentliyimiz TÜBİTAK-ın Kosmik Tədqiqatlar İnstitutuna Aya uçuş üçün kosmik gəminin tikintisini sifariş edib.
Qurğunun yaxın iki il ərzində Yer peykinə buraxılması planlaşdırılır. Onun hazırlanmasında yerli Delta V hibrid mühərriki əsas götürülüb.Onun inteqrasiyası və kosmik şəraitə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir", - Yıldırım bildirib.
Modern.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












