Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

Türkiyə “TCG Anadolu”dan daha böyük milli amfibiya gəmisinin istehsalı üçün dizayn işlərinə başlayıb. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, İspaniya dəniz donanmasının “Juan Carlos” gəmisinin modeli əsasında dizayn olunan “TCG Anadolu”nun 70 faizini yerli istehsal təşkil edir. Hazırlıqlarına başlanılan yeni milli təyyarədaşıyıcıda bu nisbətin artırılması hədəflənir.
Dizayn mərhələsində olan gəmiyə milli pilotlu və pilotsuz uçuş aparatlarının yerləşdirilməsi planlaşdırılır. Bu məqsədlə Türkiyənin aviasiya sektorunun aparıcı şirkətləri Baykar və TUSAŞ ilə birgə araşdırmalar aparılır.
Texniki-iqtisadi əsaslandırması aparılan yeni milli aviadaşıyıcı üçün Hərbi Dəniz Qüvvələrinin müxtəlif bölmələrinin ekspert heyətinin iştirakı ilə altı işçi qrupu yaradılıb. Həmin qrupların tərkibinə 110 mütəxəssis daxildir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












