Türkiyə yerli “Altay” tankının istehsalına başlayacaq

Türkiyə iki il ərzində milli "Altay” əsas döyüş tankının kütləvi istehsalına başlayacaq.
Məlumata görə, hazırda döyüş vasitəsinin sınaqları keçirilir. 65 tonluq maşın "Aselsan” tərəfindən hazırlanmış müdafiə sistemi ilə təchiz ediləcək. Bu sistem tankı "Javelin” kimi ən müasir tank əleyhinə raket sistemlərindən belə qoruyacaq. Yerli istehsal olan hərəkət sisteminin yaradılması da son mərhələdədir. İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Yeni nəsil zirehlərlə təchiz olunacaq tankın atəş məsafəsi 8 km olacaq. Yanğına nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək. Qeyd edək ki, "Altay”ın istehsalı üzrə müqavilə 2018-ci ildə imzalanıb. Rəsmi Ankara bu döyüş maşınlarından 1000 ədəd istehsal etməyi planlaşdırır. Gələcəkdə tankın pilotsuz versiyaların buraxılması da nəzərdə tutulub. "Altay” Türkiyə ordusundakı Almaniyanın "Leopard” və ABŞ-ın M60 tanklarını əvəz edəcək.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












