Türkiyədə pilotsuz helikopter təqdim olundu

Türkiyədə “Titra Teknoloji” şirkətinin dizayn və istehsal etdiyi “Alpin” pilotsuz helikopteri təqdim edilib.
Avtosfer.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə Müdafiə Sənayesi Direktorluğunun “Defense Here” profil nəşri məlumat yayıb. Qeyd edilir ki, “Alpin” Türkiyədə bir düymə ilə şaquli eniş/uçuş qabiliyyətinə malik, tapşırıqları tam avtomatik yerinə yetirən və 200 kiloqram faydalı yük daşıya bilən ilk pilotsuz helikopterdir.
O, şaquli şəkildə qalxıb enməyə qadirdir, ona görə də uçuş-enmə zolağına ehtiyac yoxdur.
Həmçinin helikopter müxtəlif iqlim şəraiti olan bölgələrdə uça bilir. 21.000 fut (6.4 km) yüksəkliyə qalxır, doqquz saata qədər havada qala bilir. Benzinlə işləyir, daxili kameradan istifadə edərək uzunmüddətli monitorinq də həyata keçirə bilər.
“Alpin” pilotsuz helikopteri həm hərbi, həm də mülki logistika əməliyyatlarında istifadə edilə bilər.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












