Türkiyənin “Ulaq” insansız dəniz platformalarının yeni konfiqurasiyası hazırlanır

7-9 sentyabr 2022-ci il tarixlərində Almaniyanın Hamburq şəhərində keçirilən Beynəlxalq Dəniz Təhlükəsizliyi və Müdafiə Konfransında Türkiyənin “Ares” gəmiqayırma şirkəti “Ulaq” insansız dəniz platformalarının yeni versiyasını təqdim edib. Ordu.az xəbər verir ki, bu barədə konfransda şirkətin baş direktoru Utku Alanç məlumat verib.
Suüstü döyüş üçün nəzərdə tutulan versiyada 25 mm və ya 30 mm top, orta mənzilli gəmi əleyhinə raketlər və MANPADS-lar (portativ HHM sistemləri) görünür.
Yeni konfiqurasiyanın uzunluğu 24 m-ə yaxın olacaq. Alçaq silueti olan platformaının aşkarlanması da çətin olacaq.
Gələcəkdə “Ulaq” platformalarının DSH (sualtı gəmilərdən müdafiə müharibəsi), mina təmizləmə, radioelektron mübarizə, kəşfiyyat-müşahidə-nəzarət kimi tapşırıqları yerinə yetirə bilən versiyalarının hazırlanması planlaşdırılır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












