“Twitter”dən ödənişli abunəçilər üçün YENİ FUNKSİYALAR

“Twitter”in ödənişli abunəçilər üçün istifadəyə verdiyi “Twitter Blue”nun istifadəçiləri artıq sosial şəbəkədə 60 dəqiqəlik videolar yerləşdirə biləcəklər.
Avtosfer.az Report-a istinadla xəbər verir ki, bu barədə “Tech Crunch” portalı məlumat yayıb.
Qeyd olunub ki, “Twitter Blue” abunəçiləri artıq 2 GB-a qədər həcmli, Full HD təsvir ölçülü 1 saatlıq videolar yükləyə bilərlər. Bundan əvvəl istifadəçilər 512 MB-dan çox olmayan 10 dəqiqəlik Full HD təsvir ölçülü videolar ilə kifayətlənməli olurdular.
Daha uzun videolarla yanaşı, “Twitter Blue” abunəçiləri həm də cavablarda üstünlük qazanırlar - onların yazıları indi pulsuz tarif istifadəçilərinin cavablarının üstündə görünəcək.
Qeyd edək ki, “Twitter Blue” İlon Maskın gəlişi ilə yenidən işə salınan ödənişli abunədir. Onun qiyməti ayda 8 ABŞ dollarıdır, lakin “App Store” yığımlarını kompensasiya etmək üçün iOS istifadəçiləri ayda 11 dollar ödəməli olur.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












