Üçüncü təyyarədaşıyan gəmi ilk səfərinə başlayıb - FOTO

Çinin üçüncü təyyarədaşıyan gəmisi olan “Fucien” mayın 1-də Şanxaydakı Ciannan gəmiqayırma zavodundan ilk səfərinə başlayıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, ilk səyahət zamanı yeni nəsil təyyarədaşıyan gəmidə bir neçə parametr üzrə sınaqlar aparılacaq. 2022-ci ildə inşası başa çatan gəmidə aparılmış texniki yoxlamalardan sonra onun dəniz səfərinə çıxmasına icazə verilib.
Su tutumu 80 min ton olan “Fucien” Asiyada ən iri, dünyada isə ABŞ təyyarədaşıyanlarından sonra ən böyük hərbi gəmidir.
Uzunluğu 300 metr olan gəmi sabitqanadlı təyyarələri havaya qaldırmaq üçün elektromaqnit işəsalma və katapult sistemləri ilə təchiz olunub. Bu amil “Fucein”i Çinin digər iki təyyarədaşıyan gəmisindən daha çox döyüşqabiliyyətli edir.
Qeyd edək ki, Çin ordusunun istismarında “Fucien”dən başqa “Liaonin” və “Şandon” adlı iki təyyarədaşıyan gəmi də var. “Liaonin” keçmiş sovet hərbi dəniz qüvvələrinin “Varyaq” gəmisidir. Çin həmin gəmini yenilədikdən sonra 2012-ci ildə istismara verib. Tamamilə yerli istehsal olan “Şandon” təyyarədaşıyan gəmisi isə 2019-cu ildə silahlı qüvvələrin istifadəsinə verilib. Hər iki gəminin su basımı təxminən 50 min tondur.
Çin 2035-ci ilədək ən azı altı hərbi təyyarədaşıyan gəmiyə sahib olmağı hədəfləyib.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək











