Uçuş məsafəsi 1000 km-dən çox olan dron istehsalına başlanıldı

Ukrayna 1000 km-dən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin kütləvi istehsalına başlayıb. "Unikal" xəbər verir ki, bu barədə “Ukroboronprom”un baş direktoru German Smetanin məlumat verib.
“Biz kifayət qədər qısa müddət ərzində öz uzaqmənzilli hücum pilotsuz təyyarələrimizi hazırlayaraq kütləvi istehsala başladıq”, - deyə Smetanin qeyd edib.
O bildirib ki, Rusiyanın nəhəng resursları və çox güclü sənayesi var, ona görə də onun yanaşmasını kor-koranə təkrarlamağın mənası yoxdur.
“Biz daha çevik və ixtiraçı olmaq məcburiyyətindəyik. Belə olan halda müharibədə dönüş yaratmaq mümkündür”, - deyə Smetanin əlavə edib.
“Ukroboronprom”un baş direktoru bildirib ki, müharibə illərində Ukrayna müxtəlif tipli dronların, xüsusən də uzaqmənzilli pilotsuz təyyarələrin istehsalını genişləndirib. Bundan əlavə, Ukraynada dəniz pilotsuz təyyarələri istehsal olunmağa başlayıb. Söhbət “Sea Baby” və “Magura V5” pilotsuz hücum platformalarından gedir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












