Vatsapdan yeni funksiya

Vatsap mesenceri istifadəçilərə yeni funksiyanı təqdim edib.
Avtosfer.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, messencerin tərtibatçıları istifadəçilərə vacib kontaktları və qrupları tez tapmağa kömək edəcək funksiyanı açıqlayıblar. Belə ki, istifadəçilər onlar üçün vacib söhbət və zəngləri yeni “Sevimlilər” bölməsinə əlavə etməklə kontakları daha tez tapa biləcəklər.
Yenilik söhbət siyahısında və zənglər bölümündə görünəcək və mühüm kontaktları, qrupları işarələməyə imkan verəcək.
İstifadəçilər söhbətləri sözügedən bölməyə əlavə etmək üçün “Sevimlilər” filtrini tətbiq etməli, istədikləri kontaktları və ya qrupları işarələməlidirlər. “Zənglər” bölməsində isə sadəcə olaraq “Sevimlilərə əlavə et” düyməsini basaraq müvafiq kontaktları və ya qrupları əlavə edə bilərlər.
Onu da bildirək ki, funksiya daha əvvəl elan olunsa da, əlçatan deyildi. Yenilik bəzi istifadəçilər üçün hazırda əlçatandır və yaxın günlərdə daha çox insana təqdim ediləcək.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












