Venesiyada “uçan” qayıqlar istifadəyə veriləcək - FOTO - VİDEO

Su üzərində “uçan” elektrik qayıqlarının istehsalında ixtisaslaşan İsveçin “Candela Speed Boat” AB şirkəti yeni “yaşıl” qayıq təqdim edib. “R-8 Voyager” adlanan qayıqdan ilk olaraq Venesiyada su taksisi kimi istifadə olunacaq.
Uzunluğu 8,5 metr olan su taksisi altı sərnişin üçün nəzərdə tutulub, həmçinin çatdırılma xidmətlərində istifadə oluna bilər. Elektrikli qayıq kompüterlə idarə olunan “hidrofoil”lərə (sualtı qanad) malikdir. Bu, korpusu suyun üzərində qaldırmağa və qayığa “uçmağa” şərait yaradır.
Bundan əlavə, yaşıl texnologiya su üzərində ən məşhur şəhərin kanallarının çirklənməsindən dəyən ziyanı əhəmiyyətli dərəcədə azalda bilər. “Hidrofoil”lər sayəsində qayığın su üzərində sürtünməsi azalır, bu da enerji sərfiyyatını optimallaşdırır və səfəri səssiz edir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












