“Virgin Galactic” kosmik turistlər üçün gəmini sınaqdan keçirib

Britaniyalı milyarder Riçard Brensona məxsus "Virgin Galactic" şirkəti ABŞ-da "SpaceShipTwo" seriyalı "Unity" kosmik gəmisinin uçuş sınaqlarını keçirib. Bu barədə şirkətin saytında dərc edilən məlumatda deyilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, kosmik turistlər üçün gəminin sınaqları Nyu-Meksiko ştatında aparılıb. Start əvvəlcə fevralın 13-nə planlaşdırılsa da, sonradan ləğv edilib. Şirkətin o vaxt verdiyi məlumata görə, texniki yoxlamalar üçün əlavə vaxtın ayrılması ilə bağlı qərar qəbul edilib.
Plana görə, "VMS Eve" təyyarə daşıyıcısı "SpaceShipTwo Unity" kosmik gəmisini 13 km (44 min fut) hündürlüyə qaldıraraq sərbəst planlaşdırmaya buraxmalıdır.
Martda "Virgin Galactic" şirkəti "VSS Imagine" adlı yeni kosmoplan hazırlamasını açıqlayıb. "YouTube"da dərc edilən videoçarxa görə, onun fərqli xüsusiyyəti bütün örtüyün istilik qorunmasının əlavə faktoru olan güzgü ilə örtülməsidir. Şirkət kosmoplanın sınaqlarına bu ilin yayında başlamağı planlaşdırır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












