Virus səhiyyə sistemini iflic edib

İrlandiyanın Səhiyyə Sistemi (Health Service Executive) şifrləyici virusun qurbanı olub. Virus informasiya sistemlərinə girişi bloklayıb – nəticədə zərərli proqram təminatının daha da geniş yayılmaması üçün müvəqqəti olaraq bütün kompüter şəbəkəsini deaktiv etmək lazım gəlib.
İrlandiyanın Dövlət Satınalmaları və Elektron Hökumət üzrə naziri Ossian Smit bu hadisəni ölkə tarixində bəlkə də ən böyük kiberhücum adlandırıb.
Birbaşa insanlar tərəfindən idarə olunan bu hücum beynəlxalq səviyyədə təşkil edilib. "Bu, pul tələb edən kibercinayətkar qruplaşmadır – Smit deyib. Onlar bizim məlumatlarımızı şifrləməyə və bloklamağa çalışırlar ki, biz həmin məlumatları deşifr etmək üçün pul ödəyək".
İrlandiyanın Səhiyyə naziri Stiven Donnelli öz növbəsində deyib ki, baş vermiş hadisə "səhiyyə və sosial təminat xidmətlərinə çox ciddi təsir göstərib". Məsələn, Dublində yerləşən Rotonda doğum evi "kritik fövqəladə vəziyyət" səbəbindən ambulator müalicəni ləğv edib.
Uşaq xəstəxanaları daxil olmaqla digər İrlandiya xəstəxanaları, həmçinin elektron qəbula yazılmanı ləğv ediblər. Təcili yardım xidmətləri hələ ki ştat rejimində işlərinə davam edirlər./“ICTnews”
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











