Votsap mesencerində istifadəçilər üçün yeni məhdudiyyət tətbiq ediləcək

Votsap tətbiqinin müəllifləri istifadəçilər üçün yeni məhdudiyyət tətbiq etməyi planlaşdırırlar: mesencerin yeni versiyasında məlumatların göndərilməsi üçün limit qoyulacaq, yəni əgər istifadəçi başqasına göndərmək istədiyi məlumat barəsində “Göndərilib” məzmunlu xəbərdarlıq alarsa, həmin məlumatı qrup halında bir neçə çata eyni zamanda göndərə bilməyəcək.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu addım istifadəçiləri yanlış informasiyadan və feyklərdən qoruyacaq.
Artıq göndərilmiş məlumatı qrup halında bir neçə çata dərhal göndərmək üçün həmin məlumatı yenidən seçmək və “Göndərmək” düyməsini sıxmaq lazım gələcək. Hazırda bu məhdudiyyət yalnız məlumatın ilkin istifadəçisi tərəfindən beş dəfə və daha çox sayda göndərilmiş məlumatlara aid edilir. Belə məlumatlar “tez-tez göndərilən məlumat” kimi qeyd edilir. Bundan sonra həmin məlumatı yalnız bir çata göndərmək olar.
Yeniliyin nə vaxt qüvvəyə minəcəyi hələlik bildirilmir.
AZƏRTAC
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












