Whatsapp -a yeni funksiyalar əlavə edilib

Whatsapp tərtibatçıları messencerə səsli mesajlar ilə bağlı yeni funksiyaların əlavə edildiyini bildiriblər. Yeni funksiyalar səsli mesajlardan tez-tez istifadə edən Whatsapp istifadəçilərinə faydalı olmalıdır. Daha öncə sözügedən funksiyalar Whatsapp-ın beta versiyasında aktiv idilər. Lakin indi onlar messencerin stabil versiyasında istifadəyə verilib. Yeni funksiyalar tədricən hamı üçün aktiv olacaq. Beləliklə Whatsapp-a səsli mesajlar ilə bağlı əlavə edilmiş 6 yeni funksiya aşağıdakılardır:

- Qəbul edilmiş səsli mesaja çat xaricində qulaq asa bilmək. Belə ki, istifadəçi bir çatda səsli mesaja qulaq asan zaman rahatlıqla digər çata keçid edə bilər. Bu zaman səsli mesaj avtomatik olaraq dayandırılmayacaq
- Səsli mesajın yazılması prosesini dayandırmaq və daha sonra qaldığı yerdən davam etmək olar
- Səsli mesaja qulaq asan zaman da onu dayandırmaq olar. Daha sonra istifadəçi çata geri döndükdə səsli mesajı dayandırdığı yerdən qulaq asmağa davam edə bilər
- Səsli mesajın vizuallaşdırılması. Səsli mesaja qulaq asan zaman interfeysdə səs dalğaları əks olunacaq
- Bundan sonra yazılmış səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq mümkün olacaq
- 1.5x və 2x sürətləndirmə artıq adi səsli mesajlar ilə yanaşı həmçinin yönləndirilmiş səsli mesajlar üçün də aktivdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











