"WhatsApp" ağıllı saatlar vasitəsilə ZƏNGLƏRİ DƏSTƏKLƏYƏCƏK
Texnologiya
31 Avqust 2022 17:59

“Wear OS 3” əməliyyat sistemi ilə işləyən ağıllı saatların sahibləri tezliklə “WhatsApp” vasitəsilə onlara səsli zəng edə biləcəklər.
Avtosfer.az xəbər verir ki, yenilik artıq Samsung Galaxy Watch 4 və 5-də messencerin beta versiyasında aşkar edilib.
Qeyd olunur ki, smart saatlar üçün hələ də ayrıca “WhatsApp” tətbiqi yoxdur və bu funksiya messencerin quraşdırıldığı smartfonla birlikdə işləyəcək. Belə ki, “WhatsApp”a gələn səsli zənglər zamanı istifadəçi saatdan cavab verə və həmsöhbətlə əlaqə saxlaya biləcək.
Daxil olan zənglərə cavab vermək funksiyası hazırda yalnız “WhatsApp”ın Androiddə beta-testinin iştirakçıları üçün əlçatandır, yeniliyin geniş ictimaiyyət üçün görünmə vaxtı barədə məlumat verilmir.
lent.az
Oxunub : 1626
DİGƏR XƏBƏRLƏR
29 Oktyabr 2026 19:23
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
29 Oktyabr 2026 11:45
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
16 Oktyabr 2026 18:15
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
30 Sentyabr 2026 19:39
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
21 Sentyabr 2026 13:18
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
20 Sentyabr 2026 17:53
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
9 Sentyabr 2026 22:14
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
3 Sentyabr 2026 20:30
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
24 İyul 2026 17:39
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
21 İyun 2026 09:42
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
18 İyun 2026 12:30
Qəbul imtahanına görə “Telegram” bloklandı
14 İyun 2026 18:10
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
ŞƏRH YAZ












