“WhatsApp” artıq tam təhlükəsiz hesab edilmir – Sürücülər nə edə bilər?

Son illərdə ən populyar mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” artıq tam təhlükəsiz hesab edilmir. Bəzi mesajlar istifadəçilər üçün ciddi problemlər yarada bilər.
Avtosfer.az xəbər verir ki, “WhatsApp” geniş istifadəçi bazasına malik olsa da, bəzi hallarda təhlükəsizlik riskləri və həddindən artıq istifadəyə bağlı fəsadlar meydana çıxa bilər.
Sürücülər “WhatsApp”dan istifadə zamanı diqqətli olmalıdır
Bəzi sürücülər hətta avtomobil idarə edərkən “WhatsApp”dan istifadə edirlər, bu da ciddi təhlükə yaradır. Bunun qarşısını almaq üçün “Android” “Auto” və “Apple” “CarPlay”kimi sistemlər hazırlanıb. Bu texnologiyalar sürücülərə telefonsuz və daha təhlükəsiz şəkildə ünsiyyət qurmaq imkanı yaradır.
Lakin istənilən halda, yolda hərəkət zamanı diqqətin yalnız marşruta yönəldilməsi vacibdir. Əks halda, sürücünün diqqəti yayına və qəza riski arta bilər.
“WhatsApp” fırıldaqçılar üçün yeni imkanlar yaradır
Son dövrlərdə fırıldaqçılar “WhatsApp” üzərindən yeni manipulyasiya üsullarından istifadə edirlər. İstifadəçilər bəzən sadə və zərərsiz görünən mesajların təhlükəli nəticələrə səbəb ola biləcəyini nəzərə almırlar.
Beynəlxalq əlaqələrin artması səbəbindən xarici nömrələrlə söhbətlər də yayğınlaşır. Lakin “Consumatori.it” təşkilatının prezidenti Massimiliano Dona bildirir ki, klassik zəncirvari mesajlardan daha inkişaf etmiş saxtakarlıq üsulları yayılır.
Fırıldaqçılar necə işləyir?
Fırıldaqçılar sosial mühəndislik üsullarından istifadə edərək şəxsi münasibətləri manipulyasiya edir və insanların məlumatlarını və pullarını ələ keçirmək üçün hiylələrə əl atırlar.
Ən geniş yayılmış üsullardan biri istifadəçiyə tanıdığı biri adından təsdiq kodunun daxil edilməsini istəyən mesaj göndərməkdir. Lakin bu kod daxil edildikdə, haker hesabı ələ keçirə bilir. Buna görə də “WhatsApp”dan istifadə zamanı son dərəcə ehtiyatlı olmaq vacibdir, xüsusilə də hərəkət halında mesajlaşmaq məsləhət görülmür.
Eltac Zülfüqaroğlu
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











