WhatsApp-da yeni funksiya istifadəyə verilib

“WhatsApp” mesencerində yeni funksiya var. İndi istifadəçilər eyni vaxtda iki hesabdan istifadə edə bilərlər.
Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
“Artıq siz eyni anda iki “WhatsApp” hesabından istifadə edə bilərsiniz - məsələn, şəxsi və iş. Bu o deməkdir ki, siz hər dəfə hesabınızı dəyişəndə hesabdan çıxmağa ehtiyac olmayacaq. Həmçinin iki telefon istifadə etməyə və ya təsadüfən yanlış hesabdan mesaj göndərməkdən narahat olmayacaqsınız”, - deyə xidmətin nümayəndələri yeni funksiyanın işə salındığını elan ediblər.
Şirkət əlavə edib ki, ikinci hesab yaratmaq üçün istifadəçilərə başqa telefon nömrəsi və SİM kart lazımdır. İkinci profil yaratmaq üçün parametrlərə keçmək, adın yanındakı oxu klikləmək və sonra “Hesab əlavə et” seçmək lazımdır.
profil.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












