“WhatsApp” köhnə smartfonlarda işini dayandıracaq

“WhatsApp” tərtibatçıları mesencerin 24 oktyabr 2023-cü il tarixindən etibarən milyonlarla smartfonda işini dayandıracağını bildiriblər.
Məlumata görə, proqramı dəstəkləmək üçün “Android 5.0” və ya daha yüksək versiya ilə işləyən smartfon lazımdır.
Cihazları bu tələblərə cavab verməyən istifadəçilər “WhatsApp”dan istifadəni davam etdirmək üçün ya smartfonunun əməliyyat sistemini yeniləməli, ya da yeni qadcet almalıdırlar. Əks halda, onlar mesaj göndərə və qəbul edə, səsli və video zənglər edə, digər “WhatsApp” xidmətlərindən istifadə edə bilməyəcəklər.
Həmin vaxta qədər əməliyyat sisteminin 4.1 və daha yüksək versiyalı “Android” əməliyyat sistemi ilə işləyən smartfon sahibləri “WhatsApp”dan istifadə edə bilərlər. Beləliklə, “Android”in bir neçə nəsli, o cümlədən 4.1, 4.2, 4.3 və 4.4 proqrama girişi itirəcək. Qeyd edək ki, onların ümumi sayı bir milyon istifadəçini keçir. Bu cihazlar arasında “Samsung Galaxy Note 2”, “Samsung Galaxy S2”, “HTC One” və digərləri var.
“iPhone” sahibləri üçün şərtlər eyni olaraq qalır - “WhatsApp”dan istifadə etmək üçün onlara hələ də “iOS 12” və ya daha yeni versiya ilə işləyən smartfon lazımdır.
(oxu.az)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












