“WhatsApp” yazışmalarınız başqasının əlinə keçə bilər – TƏHLÜKƏ BÖYÜYÜR

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları müşahidə edilir. Elektron Təhlükəsizlik Xidmətinin məlumatına görə, sözügedən halın istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlandığı məlum olub.
Bununla bağlı Sfera.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov deyib ki, təhlükənin miqyası təkcə “WhatsApp”la bağlı deyil. Onun sözlərinə görə, bütün sosial şəbəkələr, mail ünvanları, qısacası, SMS təsdiqi istəyən bütün tətbiqlər və xarici servislər təhlükə altındadır:
“İkimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək hesabın ələ keçirilməsinin qarşısını almır. Bu təhlükəsizlik funksiyasının işə salınması kibercinayətkarların hansısa yolla giriş məlumatını əldə etməsi halında hesaba icazəsiz girişdən qorumağa kömək edə bilər. Yəni bu funksiya ilə şəxsi yazışmalar və digər məlumatlar kibercinayətkarlar üçün əlçatan olmur. Hesab ələ keçirilərsə, onu geri qaytara biləcəksiniz. Bunun üçün ələ keçirilən tətbiqdən, məsələn, "WhatsApp”dan şikayət edərək hesabı bərpa etmək mümkündür. Hesabda ikimərhələli təsdiqləmə funksiyası aktivləşdirilməyibsə və hesab ələ keçirilibsə, ehtimal ki, kiberdələduzlar sizin hesabınızda ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirəcək. Bu halda, siz hesabınızı geri qaytarsanız belə, məlumatlarınız sizin üçün əlçatan olmayacaq”.
Ekspert bildirib ki, hazırkı problem nə xidmət sahibi, nə də istifadəçi ilə əlaqəlidir:
“Bu hal OTP kodların beynəlxalq SMS servisləri ilə əlaqəlidir. Problemin aradan qalxması da beynəlxalq əməkdaşlıq müstəvisində həllini tapacaq. Hədəf sıradan vətəndaşlar deyil, nəzərdə tutulmuş xüsusi bir seqment yoxdur, prsoses kütləvidir. Yəni heç gözləmədiyiniz anda siz və ya yaxınlarınızdan birinin hesabı elə keçirilə bilər”.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











