“WhatsApp”a üç yeni funksiya gəlir - FOTO

"WhatsApp" mesencerinin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacaq yeni funksiyalarından danışıb. Şirkətdən bildiriblər ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirməyə yönəldiləcək.
Əvvəla, "WhatsApp" hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.
"Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız", - deyə mesencerin administrasiyasından bildirilir.
Bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir - bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.
Həmçinin "WhatsApp"da "Şifrələmə" bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək. (oxu.az)

Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












