"Whatsapp"da 2 təhlükəli boşluq aşkarlanıb - VİDEO

"WhatsApp" messencerinin "Android" əməliyyat sistemindəki smartfonlar üçün olan versiyasında iki təhlükəli boşluq aşkar edilib.
Bu barədə "Census Labs İT" şirkəti məlumat yayıb.
Məlumata görə, aşkar edilən boşluqlardan istifadə edərək telefonu uzaqdan (remote) ələ keçirərək məlumat oğurlamaq mümkündür. Problemlər, mesajlaşmanın xarici yaddaş cihazları ilə məxfi məlumat mübadiləsi üsulu ilə əlaqədardır.
Mütəxəssislərin fikrincə, hakerlər ucdan uca (peer-to-peer) şifrələmə açarları əldə etmək üçün lazım olan əmrləri uzaqdan icra etmək üçün qeyd olunan boşluqdan istifadə edə bilərlər.
Digər bir boşluq isə təcavüzkarlara xüsusi hazırlanmış HTML sənədini "WhatsApp" vasitəsilə qurbana göndərməyə imkan verir. Açıldıqda, cihazdakı hər hansı bir mənbəyə giriş imkanı verən zərərli bir proqram aktivləşdirilir.
Mütəxəssislərin real hücumlar barədə məlumatları yoxdur. "WhatsApp" istifadəçilərinə artıq qorunan 2.21.4.18 versiyasını yeniləmələri endirməyi tövsiyə edib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












