“WhatsApp”dan söhbətləri asanlaşdıracaq maraqlı funksiya - FOTO

"WhatsApp" istifadəçilərinə söhbət siyahısının filtrlənməsinə imkan verəcək. İstifadəçilər filtrləmə funksiyası sayəsində söhbətlərə asanlıqla daxil ola biləcəklər.
"WABetaInfo" sözügedən funksiya haqqında skrinşot paylaşıb.
Paylaşılan ekran görüntüsü funksiyanın necə görünəcəyini göstərir. Şəkilə əsasən, istifadəçilərə filtrasiya üçün üç fərqli variant təqdim olunacaq: "oxunmamış", "şəxsi" və "biznes".
Filtrləmə seçimləri söhbətlər səhifəsinin yuxarı hissəsində tapılacaq. Maraqlıdır ki, qrup söhbətləri üçün xüsusi filtrləmə variantı yoxdur. Qrup söhbətləri üçün filtrləmə variantının gələcəkdə əlavə edilib-edilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələ məlum deyil. (trend)

Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












