“WhatsApp”da yeni funksiya

“WhatsApp” tərtibatçıları mesencerdə paroldan istifadə etməklə söhbətlərin bloklanması funksiyasını tətbiq etmək niyyətindədirlər. Məlumata görə, yenilik artıq bəzi istifadəçilər üçün əlçatandır.
“WhatsApp”ın Android üçün 2.23.21.8 nömrəli beta versiyasında paroldan istifadə etməklə mesencerdə çatları bloklamaq mümkün olub. Üstəlik, smartfonun kilidini açmaq üçün bir cihaz parolu, biometrik məlumat və ya paroldan fərqli kod istifadə etməklə söhbətlər bloklana bilər.
Söhbətləri əlavə parol ilə qorumaq imkanı, hətta kimsə cihazın ekran kilidi parolunu tapsa və smartfona giriş əldə etsə belə, yazışmaların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, bloklanmış söhbətlər parol daxil edərkən açılan ayrıca bölmədə göstərilir. Bu yolla telefon “caniləri”, hətta gizli söhbətlərin siyahısını görə bilməyəcəklər.
Söhbətlərin bloklanması üçün parol təyinetmə funksiyası işlənmə mərhələsindədir və Android və iOS sistemlərində mesencerin gələcək yeniləmələrindən birində “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri üçün əlçatan olacaq. (oxu.az)
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












