“WhatsApp”da yeni funksiyalar: Son görülməni gizlətmək qaydası dəyişdi - FOTO

“WhatsApp”da əlavə 2 funksiya yaradılıb.
Avtosfer.az-ın məlumatına görə, "WhatsApp"da son vaxtlara kimi son görülmə funksiyası aktiv idi. Bu funksiya vasitəsi ilə heç kəs istifadəçinin nə zaman "WhatsApp"da olduğunu bilmirdi. İndi yeni versiyadan sonra istifadəçilər onlayn olmalarını da gizlədə biləcək.
Bu yenilikdən sonra istifadəçilər son görülmə və onlayn olmağı hər kəsdən yox, seçdiyi insanlardan gizlədə biləcəklər.
Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:
1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.
2. Növbəti ekranda "hesab" xanasını seçin.
3. İndi "Məxfilik" xanasını seçin.
4. Daha sonra "Son görünmə və onlayn" xanasına toxunun.
5. Növbəti xanada “Son görünməmi kimlər görə bilər” və “Onlayn olduğumu kimlər görə bilər” funksiyasını aktiv edə bilərsiniz.
"WhatsApp"da digər yenilik də edilib
"WhatsApp"da 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.
Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı "Redaktə edilib" şəklində qeyd olunacaq. Funksiya göndərilmə saatının yanındakı sahədə yerləşir.

Trend
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











