“WhatsApp”dan möhtəşəm yenilik - Eyni telefonda iki hesab

Dünyanın məşhur ani mesajlaşma tətbiqi “WhatsApp”, istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyanı tədricən təqdim etməyə başlayıb.
Yenilik Android və iOS istifadəçilərinə multi-hesab funksiyasını quraşdırmağa imkan verməsindən ibarətdir. Yəni artıq eyni telefonda iki hesab açmaq mümkün olacaq.
Android üçün ən son “WhatsApp” beta yeniləməsi (2.23.17.8) birdən çox hesab əlavə etmək seçimini rəsmi olaraq elan edib.
Bu zaman öhbətlər və bildirişlər hər bir hesab üçün ayrıca saxlanılır. İstifadəçi çıxış etməyi seçənə qədər yeni əlavə edilmiş hesablar cihazda açıq qalır.
“WhatsApp”ın çox hesablı xüsusiyyəti sayəsində artıq bir tətbiq daxilindən birdən çox fərqli nömrə ilə tətbiqdən istifadə edə bilərsiniz.
“WhatsApp”ın yeni funksiyası işgüzar zənglər və şəxsi söhbətlər üçün ayrıca hesablardan istifadə edən insanlar üçün çox faydalı olacaq.
“WhatsApp”da birdən çox hesabı necə əlavə etmək olar?
“WhatsApp”ı açın;
Parametrlərə toxunun;
Yuxarıdakı profil şəklinin yanındakı ox işarəsinə toxunun;
“Hesab əlavə et” düyməsinə toxunun;
Yeni hesabınızı əlavə edin.
Çox hesablı xüsusiyyət Android üçün WhatsApp beta versiyasının ən son yeniləmələrini quraşdırmış bəzi beta istifadəçiləri üçün əlçatandır. Xüsusiyyətin yaxın həftələrdə hər kəsə üçün istifadə edilə bilən olacağı gözlənilir. (lent.az)

"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










