“WhatsApp”dan növbəti yenilik

"WhatsApp" 2.23.14.17 beta versiyasında söhbət filtrləmə funksiyasını test edib.
Avtosfer.az xəbər verir ki, bu versiyaya "Oxunmamış", "Şəxsi" və "Biznes" filtrləmə seçimləri daxildir. 2.23.19.7 beta versiyasında filtrləmə seçimləri dəyişdirilib.
Yeni ekran görüntüsünə baxdıqda "Şəxsi" və "İş" filtrləmə seçimləri silinib. Əvəzinə "İnsanlar" və "Qruplar" seçimləri əlavə edilib. "Oxunmamış" seçimində heç bir dəyişiklik edilməyib. Yeni funksiya sayəsində istifadəçilər söhbətləri daha tez tapa biləcəklər. Beləliklə, söhbətlərə daxil olmaq üçün uzun müddət axtarış etməyə məcbur qalmayacaqsınız.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 Milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.
Modern.az
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












