“WhatsApp”dan yeni funksiya – Qruplar üçün səsli mesaj

“WhatsApp” artıq 33 nəfərlik qruplar üçün səsli söhbətlərə malikdir.
Şirkət böyük qruplar üçün səsli söhbətin istifadəyə verildiyini elan edib. Yenilik istifadəçilərə çoxlu sayda həmsöhbətlə real vaxt rejimində səsli mesaj mübadiləsi aparmağa imkan verəcək.
“WhatsApp”da səsli söhbətlər “Clubhouse”, “Telegram”, “Discord” və “Slack”də oxşar xidmətlər prinsipi ilə işləyir. Səsli ünsiyyətə başlamaq üçün kiməsə zəng etmək və ya cavab gözləmək lazım deyil. Bunun üçün sadəcə ekranın yuxarısındakı xüsusi düyməni sıxıb söhbətə qoşulun.
İstifadəçilər istədikləri vaxtda mikrofonu yandırıb-söndürə, söhbəti tərk edə və ya geri qayıda, zəngi kəsmədən eyni çatda mətn mesajları yaza bilərlər.
Qeyd olunur ki, səsli çatlar başdan-ayağa şifrələmə ilə qorunur və bütün iştirakçılar onları tərk etdikdə və ya bir saat ərzində heç kim söhbətə qoşulmadıqda avtomatik olaraq bağlanır.
Yenilik tezliklə "WhatsApp" istifadəçiləri üçün gələcək dövr ərzində əlçatan olacaq. 33 nəfərdən 128 nəfərə qədər olan qrupların üzvləri Android və iOS sistemlərində yenilikdən yararlana biləcəklər. (lent.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











