“Whatsapp”dan YENİ FUNKSİYA: səsli mesajlar belə olacaq

“Whatsapp”dan YENİ FUNKSİYA: səsli mesajlar belə olacaq
“Whatsapp” tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı işə salacaq.
Avtosfer.az “technote”a istinadən xəbər verir ki, söhbət, səsli mesajların sürətləndirilməsi funksiyasından gedir. Bu cür yeniliyi “WABetaInfo” saytının mütəxəssisləri Android üçün olan “Whatsapp 2.21.9.4” versiyasında aşkar ediblər.
Belə ki, səsli mesajın dinlənilməsi zamanı 1x, 1.5x və 2x-in əks olunduğu sürətlənmə düyməsi ortaya çıxır. “Whatsapp” tərtibatçıları bir neçə aydır ki, sözügedən funksiya üzərində çalışırlar və o hələ indi messencerin beta versiyasına əlavə edilib.
Qeyd edək ki, səsli mesajların sürətləndirilməsi funksiyası “Whatsapp 2.21.9.4” versiyasına server səviyyəsində əlavə edilir. Buna görə də, o hələ bütün beta test iştirakçıları üçün aktiv deyil.
Funksiyanın stabil “Whatsapp” versiyasında nə zaman istifadəyə veriləcəyi isə bilinmir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











