“WhatsApp”dan YENİLİK istifadəçilərin mühafizəsi sistemi olacaq

WhatsApp tərtibatçıları messencerdə e-poçt ünvanından istifadə edərək identifikasiyası imkanını təqdim edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Elektron poçtla daxil olma funksiyası hələ inkişaf mərhələsindədir, lakin 2.23.18.19 Android üçün WhatsApp-ın bəzi beta testçiləri üçün əlçatandır. E-poçt WhatsApp hesabınıza daxil olmaq üçün alternativ yol kimi istifadə olunacaq. Qeyd olunur ki, ünvan kontaktlar və həmsöhbətlər üçün görünməyəcək. Eyni zamanda, yeni istifadəçilər hələ də telefon nömrəsi ilə messencerdə qeydiyyatdan keçməli olacaqlar. Dəyişiklik hesablarına daxil olmaqda çətinlik çəkən və SMS vasitəsilə 6 rəqəmli kod almadığı üçün WhatsApp-a daxil ola bilməməkdən şikayət edən istifadəçilər üçün faydalı olacaq.
İstifadəçilər bu identifikasiya metodundan istifadə etməyə məcbur edilməyəcək - istəsəniz, SMS vasitəsilə hesabınıza daxil olmağa davam edə bilərsiniz.
WhatsApp hesabının mühafizəsi üçün yeni metodun tətbiqi üçün heç bir qrafik elan edilməyib.
Lent.az
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












