“WhatsApp”dan YENİLİK - Səsli mesajlar bir dəfə dinləniləcək

Məşhur “WhatsApp” messenceri səsli mesajlar üçün “Bir dəfə bax” adlı öz-özünə silinən funksiyasını təqdim edib.
Bu funksiya 2021-ci ildən foto və videolar üçün tətbiq edilmişdi. Ancaq indi tətbiqdə məxfilik səviyyəsininin artırılması ilə audio mesajlara da şamil edilib.
Messencer tərtibatçıları yeni funksiyadan məxfiliyin artırılması tələb olunan hallarda, məsələn, həssas məlumatların ötürülməsi zamanı istifadə etməyi təklif edirlər.
Məlumata görə, funksiya tədricən iOS və Android əsaslı telefonlarda zamanla tətbiq olunacaq. Yeniləmənin yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bu funksiyanı aktivləşdirmək üçün istifadəçilər səsli mesaj yazarkən mesajın vizual ekranının yanındakı “1” işarəsinə klikləməklə “Bir dəfə bax” seçimini edə biləcəklər. Bununla da qarşı tərəf səsə yalnız bir dəfə dinləyə biləcək. (lent.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










