"Whatsapp"ın Android versiyası ilə bağlı YENİLİK

İnsayderlərin verdikləri məlumata əsasən "Whatsapp" tərtibatçıları messencerin Android versiyasının istifadəçi interfeysinin dizayn dəyişikliyini hazırlayırlar.
Messencerin Android versiyasının sahib olacağı yeni dizaynı əks etdirən screenshot fotolar artıq internetdə ortaya çıxıb. Ortaya çıxmış screenshot fotolardan belə qənaətə gəlmək olar ki, "Whatsapp"ın Android versiyasının istifadəçi interfeysi dizayn baxımından iOS versiyasının istifadəçi interfeysinə bənzəyəcək. Beləliklə messencerin Android versiyasının istifadəçi interfeysində reallaşdırılacaq əsas dəyişiklik ondan ibarət olacaq ki, əsas ekranın yuxarı hissəsindəki qovluqlar ekranın alt hissəsinə köçürüləcək.
"Whatsapp"ın iOS versiyası məhz bu cür görünür. Screenshot fotolardan da görmək olar ki, "Whatsapp"ın Android versiyasının əsas ekranının alt hissəsində “Chats”, “Communities”, “Status” və “Calls” qovluqları yerləşəcək. Messencerin hal hazırki Android versiyasında bu ardıcıllıq bir qədər fərqlidir. Belə ki, ilk öncə “Communities”, “Chats” və daha sonra “Status”, “Calls” gəlir. Məlumatda qeyd edilib ki, "Whatsapp"ın Android versiyası üçün nəzərdə tutulmuş bu yeni dizayn hal hazırda qapalı beta test mərhələsindən keçir. Onun stabil "Whatsapp"da nə zaman reallaşdırılacağı bilinmir. (lent.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











