"Whatsapp"ın dizaynı dəyişəcək - Yeni versiya

"WhatsApp" messencerinin Android versiyasının dizaynı bir neçə ildən sonra ilk dəfə olaraq dəyişdirilir.
Yeni dizayn daha çox proqramın iOS versiyasına bənzəyəcək.
Tətbiqin dizaynında və interfeysində dəyişikliklər 2.23.8.4 beta versiyasının istifadəçiləri tərəfindən müşahidə edilib. Onlar həmçinin ekranın altındakı yeni naviqasiya paneli ilə proqramın interfeysini göstərən ana səhifənin ekran görüntüsünü paylaşıblar.
Tərtibatçıların fikrincə, dizaynın yeni versiyası istifadəçilərin messencerdə tablar arasında keçidini asanlaşdıracaq.
Məlumata görə, "WhatsApp"ın Android versiyasının istifadəçiləri illərdir tərtibatçılardan proqramın dizaynını yeniləməyi xahiş edirdilər.
Hələ ki, yenilik yalnız bəzi beta testerlər üçün əlçatandır. Lakin yaxın gələcəkdə yeniliyin bütün versiyalar üçün aktiv olacağı gözlənilir. (lent.az)

Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












