"WhatsApp"ın yeni VERSİYASI: Əsas xüsusiyyətləri bunlardır

“AppStore”da “WhatsApp” messencerinin yeni ictimai versiyası peyda olub, onun əsas xüsusiyyəti videomesajların dəstəklənməsidir.
Bu barədə WABetaInfo portalı yazır.
Yeni funksiya istifadəçilərə bir dəqiqəyə qədər qısa video mesajlar mübadiləsi etməyə imkan verir. Videonu yazmaq üçün dialoq qutusunda mikrofonun təsviri olan düyməni basıb saxlamaq və görünən menyuda “video” rejimini seçmək lazımdır.
Daha bir yeni xüsusiyyət videozəng zamanı ekranı paylaşmaq imkanıdır. İndi istifadəçilər öz iş masası şəklini bir-birlərinə videoçatlarda yayımlaya bilərlər. WABetaInfo yazır ki, bu rejim müxtəlif iş və məişət tapşırıqlarının birgə həlli üçün əlverişlidir. Desktop paylaşımını aktivləşdirmək üçün “WhatsApp” tərtibatçıları videozənglər zamanı görünən interfeysə yeni düymə əlavə ediblər.
“WhatsApp”ın təsvir olunan funksiyalarına çıxış əldə etmək üçün messencerin App Store-dan 23.16.78 nömrəli versiyasını yükləmək lazımdır. WABetaInfo xəbərdarlıq edir ki, bəzi istifadəçilər üçün seçimlər dərhal deyil, yeniləməni quraşdırdıqdan bir müddət sonra görünə bilər. (lent.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










