“Windows 10” sisteminin yeni versiyası təqdim edilib

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə korporasiyanın saytındakı bloqda deyilir.
Əməliyyat sisteminin təqdim edilən versiyası “21H1” və ya “May 2021 Update” adlanır. Yeni əməliyyat sistemi çoxlu yeni funksiyaların mövcudluğu ilə fərqlənməsə də, şirkət nümayəndələrinin sözlərinə görə, mühəndislər tərəfindən ciddi işlər görülüb. “21H1” yeniləməsinin məhsuldarlığı və təhlükəsizliyi təkmilləşdirilib və bu səbəbdən onun quraşdırılması tövsiyə edilir.
Həmçinin qeyd olunur ki, “Windows 10” sisteminin “21H1” versiyasının quraşdırılmasının rəvan və insidentsiz başa çatması üçün ondan istifadə məhdudlaşdırılıb. Bundan əlavə, istifadəçilərə kompüterin əməliyyat sisteminin yeni versiyası üçün uyğunluğunu yoxlamaq tövsiyə olunur.Yeniləməni fərdi kompüterə quraşdırmaq üçün “Windows yeniləmə mərkəzi”nə daxil olaraq “Yeniləmələrin mövcudluğunu yoxla” düyməsinə basmaq lazımdır. Əməliyyat sistemi mövcud olduğu təqdirdə “Yüklə və quraşdır” funksiyasını seçmək tələb olunur. Məhsulun quraşdırılması müəyyən vaxt aparacaq./“ICTnews”
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












