“Windows”da daha çox reklam görünəcək

"Microsoft" “Windows” parametrlərində reklam vahidlərini sınaqdan keçirməyə başlayıb.
Jurnalistlər “Windows 11”in növbəti beta versiyasını tədqiq edən “Albacore” ləqəbi ilə bloggerə istinad ediblər. Həvəskar “Microsoft”un OS parametrlərinə reklam əlavə etdiyini aşkar edib. Bannerlər hesab səhifəsində tapılıb - istifadəçi giriş bölməsində reklamlar görünüb.
Mütəxəssis qeyd edib ki, banner “Microsoft 365” brend servisini reklam edir. Müəllif onu da qeyd edib ki, sistem bildirişi çaşdırıcıdır, çünki sanki OS dəstəyin başa çatdığını elan edir. “Albacore” bildirib ki, “Windows”un gələcək ictimai versiyalarında daha çox reklam olacaq.
“HotHardware”nin jurnalistləri qeyd ediblər ki, hazırda “Microsoft”dan OS-də reklamı yalnız “Syart” menyusunda tapmaq olar. Müəlliflər istifadəçi “Microsoft”un təklifini qəbul edib xidmətə abunə olarsa, banner reklamının yox olub-olmayacağını təsdiqləyə bilməyiblər.
“Microsoft” mart ayının sonunda “Windows”un yeni versiyası üçün “Start” menyusuna promosyon bildirişləri əlavə edib. “BleepingComputer” nəşrinin jurnalistləri qeyd ediblər ki, korporasiya ən azı 2022-ci ilin noyabr ayından “Start” menyusunda reklam bildirişləri funksiyasını sınaqdan keçirir. (lent.az)
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












