“Wistron Foldbook” planşeti böyük ekranla təchiz edilib

Elektron qurğuların hazırlanması ilə məşğul olan Tayvanın məşhur “Wistron” şirkəti müxtəlif rejimlərdə istifadə edilən “Foldbook” adlı konseptual kompüter təqdim edib.
Avtosfer.az “ICTnews”a istinadənxəbər verir ki, baza vəziyyətində qurğu 17 düymlük böyük elastik ekranla təchiz edilən planşet rolunda çıxış edir. Ekran tən ortadan bölünür. Həmçinin iki quraşdırılmış dinamik və iki “USB Type-C” portu nəzərdə tutulub.
Qurğunu əyməklə noutbuk rejimini aktivləşdirmək mümkündür. Bu halda qurğunun aşağı hissəsinə mətnlərin rahat yığılmasını və gündəlik vəzifələrin yerinə yetirilməsini yüksəldəcək çıxarılabilən klaviaturanı bərkitmək olar.
“Foldbook” üçün böyük dinamikə və çoxlu çıxışlara (HDMI, Ethernet, USB Type-A və s.) malik xüsusi birləşdirici stansiyadan istifadə imkanı nəzərdə tutulub. Qurğunu stansiyaya quraşdıraraq və qeyd olunan klaviaturanı yaxınlıqda yerləşdirərək monoblok kompüter analoqunu yaratmaq olar.
Hazırda “Foldbook” planşeti konsept şəklində mövcud olduğundan qeyri-adi qurğunun texniki xüsusiyyətləri açıqlanmır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










