Banner

"X" sosial şəbəkəsi insanlarda ƏSƏB VƏ MƏNFİ ƏHVAL YARADIR

Texnologiya 1 Mart 2024 21:11 Oxunub 634
"X" sosial şəbəkəsi insanlarda ƏSƏB VƏ MƏNFİ ƏHVAL YARADIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Toronto Universitetinin kanadalı alimləri iş adamı İlon Maskın "X" sosial şəbəkəsinin istifadəçilərin psixikasına təsirini araşdırıblar.
Tədqiqat "Communications Psychology" (CommPsy) elmi jurnalında dərc olunub.
"X" qlobal auditoriyaya çatmaqda "TikTok" kimi platformalardan geri qalsa da, ictimai rəyin formalaşmasında rolu, xüsusən də əyləncə, jurnalistika və siyasətdə fikir liderləri arasında əhəmiyyətlidir.
"X"dən istifadənin psixoloji təsirlərini təhlil etmək üçün tədqiqatçılar həftədə ən azı iki dəfə sosial şəbəkəyə daxil olan 252 nəfəri işə cəlb ediblər. Məlumat 2021-ci ilin mart və iyun ayları arasında toplanıb.
İştirakçılar bir həftə ərzində gündə beş dəfə sorğulara cavab veriblər. Könüllülərin cavabları insanların bu xidmətdən istifadə edərək əldə etdikləri təcrübənin keyfiyyətini qiymətləndirməyə imkan verib.
Məlumatlar sübut edib ki," X"dən ümumi istifadə insanların rifah hissini aşağı salır, daha sadə desək, pis əhval-ruhiyyə yaradır. O da məlum olub ki, platformada uzun müddət qalmaq insanlarda cansıxıcılıq və tənhalıq hisslərini artırır. (Publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh