Xiaomi fərdi mobil prosessor istehsalı üçün Samsung ilə birləşib

Artıq sirr deyil ki, Xiaomi şirkəti fərdi prosessor istehsal etmək arzusundadır. Bu məsələdə şirkətin ilk addımı hələ 2017-ci ildə atılmışdı. Lakin həmin vaxtdan Xiaomi-nin fərdi prosessoru barəsində məlumat ortaya çıxmamışdı. Məlum olub ki, Xiaomi bu planından imtina etməyib və yavaş-yavaş ona doğru irəliləyir. Bir sıra mənbənin verdiyi məlumata əsasən fərdi prosessor istehsalı məsələsində Xiaomi şirkəti Samsung-dan kömək istəyib. Belə ki, Samsung prosessor istehsalı sahəsində müəyyən nailiyyətlər və təcrübə əldə etmiş bir şirkətdir.
Məlumatda qeyd edilib ki, hər iki şirkət bu mövzu ətrafında artıq 5 dəfə görüşüb. Görüşlər əsasən yüksək performanslı yeni nəsil Cortex-X2 nüvələri əsasında prosessorun yaradılmasına həsr olunublar. Gözləntilərə əsasən ARM şirkəti özünün yeni nəsil Cortex-X2 nüvəsini artıq bu il təqdim edəcək və o, Cortex-X1-in təkmilləşdirilmiş versiyası olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi şirkəti həmçinin Mali qrafik çiplərinin potensiallarına da böyük ümid bəsləyir və onları öz prosessorlarına inteqrasiya etməyi planlaşdırır./technote
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










