Xiaomi-ni də Huawei-in aqibəti gözləyir? - Android lisenziyasını itirməsi.. .

ABŞ prezidenti Donald Trampın qərarı və Xiaomi-nin Çin ordusu ilə əlaqəsini iddia etməsi səs-küyə səbəb olub.
Xiaomi şirkəti bu mövzuda açıqlama verib və iddiaların əsassız olduğunu bildirib: "Şirkətimiz fəaliyyət göstərdiyi ölkələrin müvafiq qaydalarına uyğun çalışır və yalnız fərdi istifadə üçün məhsullar təqdim edir. O, Çin ordusuna məxsus deyil. Ümumiyyətlə, Çin ordusuna aidiyyəti yoxdur. Xiaomi səhmdarlarının maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək".
Huawei-dən sonra Xiaomi-nin ABŞ-ın qara siyahısına əlavə edilməsini deyən mütəxəssislərin fikrincə, tədarük zənciri ilə bağlı bəzi məhdudiyyətlər gözlənilir. Növbəti addımda şirkətə hansı sanksiyaların tətbiq ediləcəyi isə bəlli deyil.
Bəs Huawei ilə Xiaomi-nin aqibəti eynimi olacaq?
Mütəxəssislərin sözlərinə görə, hələlik bu barədə dəqiq danışmaq tezdir. Üstəlik, hazırda Xiaomi və Huawei oxşar vəziyyətdə deyillər. Çünki bu qara siyahı Huawei-inkindən fərqlidir. Başqa sözlə, Xiaomi-nin ABŞ şirkətləri ilə işlərinə normal davam edə biləcəyi açıq şəkildə vurğulanır. Bunları nəzərə alsaq, Xiaomi-nin Android lisenziyasını itirməsi ehtimalı hələlik müzakirə mövzusu deyil. (Ted.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










