“Xiaomi”dən yeni smart qolbaqların şəkilləri sızdırıldı - FOTO

“Xiaomi Smart Band 8” fitnes qolbaqlarının ilk fotoları yayılıb.
Yeni biləklik digər modellərdən olduqca fərqlənir. Belə ki, əvvəlki qolbaq kapsulunun yerləşdirildiyi yuvada tək qayış var idi. Yeni model isə gövdəyə bərkidilmiş iki ayrıla bilən qayışla təmin olunub.
Cihazın arxasında siz “Xiaomi Smart”da olanlardan bir qədər fərqli olan rezin yastıqcıqlar və sensorları görə bilərsiniz.
Yeni qolbağın xüsusiyyətləri haqqında çox az şey məlumdur. Sızdırılan məlumatlara görə, o fitnes qolbaqlarının bütün əsas funksiyalarına sahib olacaq. Həmçinin Bluetooth 5.1 modulu ilə təchiz ediləcək, akkumulyator isə polimer litium-ion batareya sahibdir ki, bunun da gərginliyi 3,87 V malik olacaq.
“Xiaomi Smart Band 8” NRRA Koreya tərəfindən sertifikatlaşdırılıb və artıq cihazın kütləvi istehsalına başlanılıb. Məlumata görə, cihazın buraxılışı bu ilin aprel və ya may aylarında gözlənilir. (lent.az)


Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












