“Yandex” 2024-cü ildə kuryer-robotların sayını iki dəfə artırmaq istəyir

“Yandex” 2024-cü ildə çatdırılma xidməti göstərən robotlarının sayını 130-dan 260-a yüksəltmək niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yandex” məlumat yayıb.
Şirkət, həmçinin “sonuncu mil” (yekun istehlakçıya çatdırılma) modelinə uyğun olaraq, öz robotlarını digər şirkətlərə icarəyə verməyi planlaşdırır. Əməkdaşlıq çərçivəsində “Yandex” onlara texniki dəstək və zəmanətli xidmət göstərəcək.
“Hazırda şirkət böyük supermarketlər zəncirindəki, kofe-şoplardakı və fast-fud restoranlardakı məhsulların çatdırılması üçün robotların tətbiq olunmasını müzakirə edir. Çatdırılma xidməti göstərən təxminən 15 robot əhalisi beş min nəfər olan yaşayış məntəqəsinə yemək və məhsulların tədarük edilməsi üçün kifayət edir", – deyə şirkətdən bildirilib.
“Yandex”in digər perspektivli sifarişçiləri arasında otellər və mağazalar, yaşayış kompleksləri, yaradıcılıq klasterləri və universitet kampusları da var.
“Yandex”in kuryer robot xidməti 2019-cu ildə işə salınıb. Onlar Moskvada daxil olmaqla, iri şəhərlərdə fəaliyyət göstərir. Xidmət işə salındığı vaxtdan robotlar 600 min kilometr yol qət ediblər.
ted.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











