“Yandex”in ilk robot-kuryeri Cənubi Koreyada

Rusiyanın “Yandex” şirkəti bu il Seulda kuryer robotlarla çatdırılma həyata keçirməyi planlaşdırır. Bununla bağlı Cənubi Koreya şirkəti ilə artıq müvafiq saziş də imzalanıb. AzVision.az xəbər verir ki, bu barədə internet holdinqin mətbuat xidməti məlumat yayıb.
"Yandex"in pilotsuz texnologiyalar üzrə rəhbəri Dmitri Polişçuk qeyd edib ki, onlar "KT Corporation" ilə Şərqi Asiyanın məşhur paytaxtında avtonom robotların işinin təşkili ilə bağlı razılığa gəliblər. Cənubi Koreya isə çatdırılma xidmətinə olan tələbata görə dünyada ilk yerlərədən birini tutur.
-"KT" ilə əməkdaşlıq bizə robotlarla çatdırılma xidmətimizin coğrafiyasını genişləndirməyə və onu yeni regionda işə salmağa imkan verəcək, - Polişçuk deyib.
"KT"-nin süni intellekt biznesinin inkişafı və rəqəmsal transformasiya üzrə vitse-prezidenti Song Jae-ho isə bildirib ki, bu saziş tərəflərə Koreyada avtonom qaydada çatdırılma xidmətini birgə inkişaf etdirməyə imkan verəcək.
Qeyd edək ki, "KT" Corporation Cənubi Koreyanın ən böyük telekommunikasiya operatorlarından biridir. O, yerli sakinləri mobil və stasionar telefon, genişzolaqlı internet, peyk və digər həllər ilə təmin edir.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












