"Yaşıl nəqliyyat" sistemi: Elektrikli avtobuslar şəhərdə nələri dəyişəcək? - VİDEO

"COP BAKU"nun yeni buraxılışında elektrik mühərrikli avtobusların ictimai nəqliyyatdakı əhəmiyyəti barədə danışılıb. Paytaxtın demək olar ki, hər yerində rast gəlinən bu avtobuslar havanı çirkləndirən sələflərindən fərqli olaraq küçələrdə ekologiya dostu olaraq hərəkət edir.
Avtosfer.az xəbər verir ki, yaşıl rəngi ilə təbiəti simvolizə edən elektrik mühərrikli avtobuslar bir sıra göstəriciləri ilə sələflərini xeyli geridə qoyur.
Çin istehsalı olan bu avtobusların təmir xərcləri də ənənəvi yanacaqla işləyən avtobuslarla müqayisədə xeyli ucuzdur. Sevindirici xəbər isə bundan ibarətdir ki, vətəndaşların rəğbətini qazanan elektrik mühərrikli avtobusların sayı il ərzində daha da artacaq.
Ən önəmli məsələ isə budur ki, sözügedən avtobusların yaxın zamanda Azərbaycanda istehsal edilməsi də planlaşdırılır.
Ətraflı Baku TV-nin süjetində:
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












