Yaxın illərdə 100-300 Mbit/san internet istifadəçilərə kifayət edəcək - Analitiklər

Strategy Analytics şirkətinin analitiklərinin sözlərinə əsasən Nilsen qanunu artıq çalışmır. Qeyd etmək lazımdır ki, bu qanuna əsasən adi istifadəçilər üçün olan internet bağlantısının sürəti hər il 50% yüksəlir.
Analitiklərin fikirlərinə əsasən son 10 ildə internet bağlantısı məsələsində müşahidə edilmiş sürət yüksəlişini yaxın illərdə gözləmək lazım deyil. Təqdim olunmuş proqnoza əsasən 2028-ci ilə kimi genişzolaqlaı internet sürətinin artımı 82% aşağı düşəcək.
Analitiklərin fikirlərinə əsasən yaxın 10 il ərzində istifadəçilərin çox hissəsi üçün saniyədə 100-300 Mbit internet sürəti kifayət edəcək. Onlar düşünürlər ki, provayderlər daha yüksək sürət göstəricilərini təqdim etməyə davam edəcəklər. Lakin yaxın zamanda bu sahəyə külli miqdarda investisiyaların yatırılmasını gözləmək lazım deyil. Bunun yerinə şirkətlər öz diqqətlərini internet bağlantısında olan gecikmələrin azalmasına və stabil internet bağlantısının təmin olunmasına yönəldəcəklər.
Təqdim olunmuş yeni hesabatın müəlliflərinin sözlərinə əsasən indiyənə kimi genişzolaqlı internet sürətinin artımı bir sıra faktorlarla əlaqəli olub. Onlardan biri də streaming servislərin məşhurlaşmasıdır. Lakin mövcud olan internet sürətləri istifadəçilərin çox hissəsinin tələblərini yerinə yetirirlər. Analitiklər düşünürlər ki, 8K video, artırılmış və virtual reallıq, oyunların streaming servisləri və IoT (Internet of Things) kimi sahələr hələ ki, böyük kütləyə sahib deyillər və buna görə də onlar yaxın zamanda internet sürətinin artımı üçün yeni investisiyaların səbəbi olmayacaqlar.///technote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











