Yeni “Chrome” versiyası təhlükəli səhvi aradan qaldırır

"Google" şirkəti istifadəçiləri dərhal "Chrome" brauzerinin yeni versiyasını quraşdırmağa çağırıb. Təcili yeniləmə hakerlər tərəfindən aktiv istifadə edilən "sıfırıncı gün" (CVE-2021-21148) tipli təhlükəli boşluğu aradan qaldırır.
Avtosfer.Az ictnews.az-a istinadən bildirir ki, səhv "JavaScript" proqramlaşdırma dilinin "V8" proqramında yaddaşın dolması ilə bağlı olub. Kiberhücuma məruz qalan insanların sayı barədə məlumat verilmir. "Google" nümayəndələrinin sözlərinə görə, eksployt barədə ətraflı məlumat əksər istifadəçilər tərəfindən "Chrome" brauzerinin yeni versiyası quraşdırıldıqdan sonra açıqlanacaq.
Səhvin mövcudluğu barədə ilk dəfə yanvarın 24-də - "Google Threat Analysis Group" kibermüdafiə qrupunun ekspertləri tərəfindən Şimali Koreya hakerlərinin kampaniyası ifşa edilməzdən iki gün əvvəl məlum olub.
Hesabata görə, Koreya Xalq Demokratik Respublikasından olan hakerlər sistemi yoluxduran zərərli koda malik bloq yaradıblar. Eksploytun "Chrome" brauzerində aradan qaldırılmayan boşluqdan istifadə etməsi bildirilir.
"Windows", "macOS" və "Linux" əməliyyat sistemləri üçün yeni "Chrome 88.0.4324.150" versiyası avtomatik quraşdırılır. Yeniləmə gəlmədikdə, onun mövcudluğunu quraşdırmaları açaraq "About Google Chrome" tab-vərəqinə keçməklə əllə yoxlamaq mümkündür.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












